Press "Enter" to skip to content

Qeydiyyat müddəti 31 dekabrda başa çatır

Ev heyvanları

BAYRAQDAR MEDİA – Eskişehir İl Kənd Təsərrüfatı və Meşə İdarəsi pişik və it sahiblərini maraqlandıran mühüm xəbərdarlıqla çıxış edib. Bildirilib ki, 5199 saylı Heyvanların Mühafizəsi Qanununun Müvəqqəti 4-cü maddəsinə əsasən, ev heyvanlarının rəqəmsal identifikasiya yolu ilə qeydiyyata alınması üçün müəyyən edilmiş müddət 31 dekabr 2025-ci ildə başa çatır.

Bu barədə eskisehir.net saytı məlumat yayıb.

Məlumata görə, açıqlamada vurğulanıb ki, 1 yanvar 2026-cı ildən etibarən Petvet sistemində 6 aydan böyük pişik və itlərin qeydiyyatı aparılmayacaq: “Bu səbəbdən hazırda 6 aylıqdan böyük olub hələ qeydiyyata alınmamış ev heyvanlarının sahibləri tərəfindən ən gec 31 dekabr 2025-ci ilədək qeydiyyata salınması tələb olunur. Rəsmilər vətəndaşların hər hansı çətinliklə üzləşməməsi üçün aidiyyəti rayon Kənd Təsərrüfatı və Meşə idarələrinə vaxtında müraciət etmələrini tövsiyə ediblər”.

Mission News Theme by Compete Themes.