Press "Enter" to skip to content

Şirniyyat mağazasından oğurluq edən şəxs saxlanılıb

Şirniyyat mağazasından oğurluq edən şəxs saxlanılıb

BAYRAQDAR MEDİA – Paytaxtın Nizami rayonunda talama cinayəti baş verib. Rayon ərazisindəki şirniyyat mağazasından 2 min manat nağd pul naməlum şəraitdə oğurlanıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “Nizami RPİ 25-ci Polis Şöbəsinə daxil olmuş müraciət əsasında keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən əvvəllər oğurluqla əlaqəli cinayətə görə məhkum olunmuş 29 yaşlı R.Tarverdizadə müəyyən edilərək saxlanılıb. Nəsimi rayonunda isə ticarət mərkəzlərinin birindən 4 min 049 manat dəyəri olan mobil telefonu oğurlayan 56 yaşlı L.Həsənov da polis əməkdaşları tərəfindən saxlanılıb”.

Hər iki faktla bağlı araşdırma aparılır.

Mission News Theme by Compete Themes.