BAYRAQDAR MEDİA – Bilecik Şeyh Edebali Universiteti köklü dəyərlərindən güc alaraq müasir, məhsuldar və nüfuzlu ali təhsil müəssisəsi olmaq yolunda inamla irəliləyir. Bu prosesdə kurumsal kimlik universitetin vizyonunu, missiyasını və mədəni irsini əks etdirən əsas elementlərdən biridir.
Bu barədə universitetdən məlumat verilib.
Məlumata görə, Kurumsal Kimlik Bələdçisi universitetin bütün vizual və yazılı kommunikasiya vasitələrində vahidlik, bütövlük və ardıcıllığın təmin edilməsi məqsədilə hazırlanıb: “Loqodan rəng palitrasına, tipoqrafiyadan rəsmi sənədlərdə tətbiq olunan dizayn standartlarına qədər bütün vizual kimlik elementləri bu bələdçidə sistemli şəkildə müəyyən edilib. Rektorumuz Prof.Dr. Zafer Asım Kaplancıklının rəhbərliyi və rektor müavini Prof.Dr. Murat Yurdakulun koordinasiyası ilə 21.02.2025-ci il tarixində İqtisadi və İdarəetmə Elmləri Fakültəsinin vəzifələndirilməsi ilə başlayan proses, həmin fakültə tərəfindən zəruri infrastrukturun yaradılması və hazırlanmış layihənin 20.05.2025-ci il tarixində Kurumsal Kommunikasiya Koordinatorluğuna təhvil verilməsi ilə davam etmiş, günümüzün və gələcəyin tələbləri nəzərə alınaraq edilən əlavələrlə işlər yekunlaşdırılıb”.
Məlumata əsasən, böyük fədakarlıqla hazırlanan bu bələdçi universitetimizin rəsmi kimliyinin düzgün, ardıcıl və güclü şəkildə istifadəsini təmin etməklə yanaşı, ali təhsil ocağının brendinin dəyərini qorumağı və gücləndirməyi hədəfləyir: “Akademik və inzibati bölmələrlə yanaşı, universitetlə əməkdaşlıq edən bütün tərəfdaşların kommunikasiya fəaliyyətlərində bu bələdçini əsas götürməsi kurumsal bütövlük baxımından xüsusi əhəmiyyət daşıyır”.





