BAYRAQDAR MEDİA – Türkiyənin Ali Təhsil Şurası (YÖK) qardaş ölkədə fəaliyyət göstərən 201 universiteti əhatə edən “Universitetlərin Monitorinqi və Qiymətləndirilməsi üzrə Ümumi Hesabat – 2025” sənədini yayımlayıb. Hesabatda universitetlərin layihə fəaliyyəti, xarici tələbə göstəriciləri, elmi-tədqiqat və inkişaf (Ar-Ge) işləri və bir çox mühüm meyarlar təhlil edilib.
Bu barədə eskisehir.net saytı məlumat yayıb.
Məlumata görə, Türkiyədən 12 universitet ilk 1000-lik siyahıya daxil olub. Koç Universiteti, Orta Doğu Texniki Universiteti (ODTÜ) və Sabancı Universiteti isə ilk 500-lükdə yer alıb: “Yaşıl kampus meyarı üzrə İstanbul Texniki Universiteti, Yıldız Texniki Universiteti və Erciyes Universiteti Türkiyənin ən ekoloji universitetləri kimi seçilib. 2024-cü il TÜDA məlumatlarına əsasən ümumi məmnuniyyət göstəricisi ən yüksək olan universitetlər isə Yıldız Texniki Universiteti, Qalatasaray Universiteti, Anadolu Universiteti və Koç Universitetidir.





