BAYRAQDAR MEDİA – 2025-ci ilin yanvar-noyabr ayları ərzində Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət istiqamətləri üzrə ümumilikdə 441 802 vətəndaş müraciəti qeydə alınıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya Fonddan məlumat verilib.
Məlumata görə, müraciətlərdən 174 712-si pensiya, 114 339-u müavinət, 17 914-ü Prezident təqaüdü, 82 844-ü ünvanlı dövlət sosial yardımı, 11 742-si fərdi uçot və sosial sığorta, 1 823-ü dövlət icbari şəxsi sığorta və 38 428-i isə digər istiqamətlərlə bağlı olub.





