Press "Enter" to skip to content

Ağacəkmə aksiyası

Ağacəkmə aksiyası

BAYRAQDAR MEDİA – Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) və Vəkillər Kollegiyasının təşkilatçılığı ilə Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya ETSN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “Vəkil Günü peşə bayramı ilə əlaqədar təşkil olunan ağacəkmə aksiyasında ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Rəşad İsmayılov, Vəkillər Kollegiyasının sədri Anar Bağırov, həmçinin hər iki qurumun rəhbər heyəti və əməkdaşları iştirak edib”.

Tədbir çərçivəsində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.

Mission News Theme by Compete Themes.