Press "Enter" to skip to content

Anadolu Universitetində çiçək avtomatı quraşdırılıb

Anadolu Universiteti

BAYRAQDAR MEDİA – Eskişehir Anadolu Universitetinin kampusunda quraşdırılan çiçək avtomatı qısa müddətdə sosial mediada geniş müzakirə mövzusuna çevrilib. Tələbə və ziyarətçilərə 24 saat çiçək əldə etmək imkanı yaradan avtomat, xüsusilə rahatlığı və münasib qiymətləri ilə diqqət çəkib.

Bu barədə universitetdən məlumat verilib.

Məlumata görə, kampus ərazisində yerləşən avtomat klassik çiçək dükanlarının bağlı olduğu saatlarda da fəaliyyət göstərməsi ilə rəğbət qazanıb: “Avtomatda müxtəlif buket və çiçək növlərinin təqdim edilməsi həm xüsusi günlər, həm də gündəlik sürprizlər üçün alternativ yaradıb. Sosial mediada paylaşılan foto və videolarla sürətlə yayılan çiçək avtomatı ilə bağlı istifadəçilərin şərhləri də maraq doğurub”.

Mission News Theme by Compete Themes.