Press "Enter" to skip to content

Atların xəstəliyi ilə AQTA-nın işləri yüksək qiymətləndirilib

Atların xəstəliyi ilə AQTA-nın işləri yüksək qiymətləndirilib

BAYRAQDAR MEDİA – Atların Afrika xəstəliyi üzrə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən görülən işlər yüksək qiymətləndirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya AQTA-nın mətbuat xidmətindəm daxil olub.

Xəbərdə qeyd edilir ki, “cari il ərzində atların Afrika xəstəliyi üzrə monitorinqlər keçirilib və nəzarət tədbirləri görülüb. Tələb olunan zəruri məlumatlar əsasında müvafiq hesabatlar Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına (ÜHST) təqdim edilib. Görülən işlər nəticəsində 2025-ci il üzrə Azərbaycanın atların Afrika xəstəliyindən mövcud olan azad ölkə statusu 2026-cı ilin sonunda növbəti hesabat təqdim edilənə qədər ÜHST tərəfindən təsdiq olunub”.

Xüsusi təhlükəli heyvan xəstəlikləri üzrə baytarlıq nəzarəti tədbirləri davam etdirilir.

Mission News Theme by Compete Themes.