BAYRAQDAR MEDİA – Çanakkale Onsekiz Mart Universiteti (ÇOMÜ) Xəstəxanasının Müdaxiləçi Radiologiya Bölməsi hemodializ xəstələri üçün daha bir addım atıb.
Bu barədə univeristetin məlumatında qeyd edilib.
Məlumatda deyilir ki, Xəstəxana tez-tez rast gəlinən qol arteriovenöz (AV) fistullarında daralma və tutulmaların müalicəsində müasir və effektiv üsul olan anjioqrafiya müşayiəti ilə balon anjiyoplastika tətbiqlərini uğurla davam etdirir.
Məsələ ilə bağlı açıqlama verən ÇOMÜ Xəstəxanasının Müdaxiləçi Radiologiya Bölməsindən professor Mustafa Reşorlu hemodializ müalicəsinin sağlam şəkildə davam etdirilməsi üçün AV fistulların həyati əhəmiyyət daşıdığını vurğulayıb: “Professor Reşorlu bildirib ki, zamanla bu damarlarda yaranan daralma və tutulmalar dializ zamanı qan axınının azalmasına, qol nahiyəsində şişkinliyə, ağrıya və fistul funksiyasının itirilməsinə səbəb ola bilər. Bu hallar isə xəstələrin dializ seanslarının pozulmasına və həyat keyfiyyətinin aşağı düşməsinə gətirib çıxarır. Reşorlu qeyd edib ki, anjioqrafiya bölməsində lokal anesteziya altında həyata keçirilən müdaxiləçi prosedurlar zamanı fistul damar quruluşu birbaşa görüntülənir və problemli nahiyəyə tətbiq edilən balon anjiyoplastika vasitəsilə damar boşluğu yenidən açılır. Prosedurdan sonra xəstələrin qısa müddət ərzində gündəlik həyatlarına qayıda bildiyini, əksər hallarda isə həmin gün dializ müalicəsini davam etdirdiklərini bildirib”.





