BAYRAQDAR MEDİA – Dekabrın 26-da doğma yurduna yola salınan köç karvanı Xocalı rayonunun Seyidbəyli kəndinə çatıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (QMKİDK) mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd edilir ki, “bu mərhələdə köçürülən 48 nəfərdən ibarət 11 ailəyə mənzillərin açarları təqdim edilib. Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin və sözügedən Komitənin rəsmiləri iştirak ediblər. Seyidbəyli kəndində daimi yaşayış üçün köçürülən ailələrə fərdi yaşayış evlərində mənzillər verilib”.





