BAYRAQDAR MEDİA – Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya DİN-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “dekabrın 25-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 3 tapança, 1 pulemyot, 6 tüfəng, 7 patron darağı və 182 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər”.





