Press "Enter" to skip to content

“Təhsildə əməkdaşlıq və innovasiya” tədbiri

“Təhsildə əməkdaşlıq və innovasiya” tədbiri

BAYRAQDAR MEDİA – Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) nəzdində Humanitar Kollecdə “Təhsildə əməkdaşlıq və innovasiya” mövzusunda tədbir təşkil edilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Kollecin mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “tədbirin əsas məqsədi təhsildə əməkdaşlıq imkanlarının genişləndirilməsi, innovativ yanaşmaların təşviqi və bu sahədə tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi olub. Proqram çərçivəsində qonaqlar əvvəlcə Kollecin Dekorativ tətbiqi sənət və bədii xalça ixtisası üzrə təhsil alan tələbələrinin əl işlərindən ibarət sərgi ilə tanış olublar. Daha sonra Akt zalında Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib”.

Sonra xəbərdə, “rəsmi hissədə Kollecin direktoru, musiqişünas Dos. Nərmin Qaralova açılış çıxışı edərək təhsildə əməkdaşlıq və innovativ yanaşmaların əhəmiyyətindən, beynəlxalq tərəfdaşlıqların rolundan bəhs edib. Ardınca millət vəkilləri Günay AğamalıMüşfiq Cəfərov çıxış edərək təhsilin inkişafı, gənclərin təşəbbüslərinin dəstəklənməsi və innovativ təhsil mühitinin formalaşdırılması ilə bağlı fikirlərini bölüşüblər. Çıxış edənlər arasında Media Şurasının İdarə Heyətinin üzvü, azxeber.com saytının baş redaktoru Hacıbəy Heydərli, İstanbul Aydın Universitetinin nümayəndəsi Vüsalə Hüseynova, “Edutime” Təhsil və İnkişaf Mərkəzinin təsisçisi Fərid Şahbazlı və mərkəzin əməkdaşı Ləman Heydərli də olub. Onlar təhsil–media əməkdaşlığı, beynəlxalq təcrübə və innovativ təhsil layihələri barədə fikirlər səsləndiriblər” deyə qeyd olunur.

Görüş çərçivəsində N.Qaralovaya təhsilin inkişafına verdiyi töhfələrə görə təşəkkürnamə plaketi təqdim olunub.

Daha sonra “Edutime” Təhsil və İnkişaf Mərkəzinin təşkil etdiyi təlimdə iştirak edən müəllimlərə sertifikatlar təqdim olunub. Bildirilib ki, təlimin tərəfdaşları İstanbul Aydın Universiteti və Kıbrıs Aydın Universitetidir.

Proqram bədii hissə ilə davam edib. Mini konsertdə kollecin müəllim və tələbə heyətinin təqdimatında “Ritm kompozisiyası”, “Bulaq suyu, dağ havası”, “Sevgilim” və “Zəngəzur” adlı musiqi əsərləri səsləndirilib.

Mission News Theme by Compete Themes.