Press "Enter" to skip to content

BAYRAQDAR MEDİA-nın iki Əməkdar jurnalistinə yüksək dəyər

Azər Həsrətin yubliley medalı

Azər Həsrət: Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilənlər arasında olmaq olduqca qürurvericidir

BAYRAQDAR MEDİA – Məlum olduğu kimi, Prezident İlham Əliyevin 20 fevral 2025-ci il tarixində imzaladığı müvafiq Fərmanla “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” Azərbaycan Respublikasının yubiley medalı təsis edilib. Prezidentin imzaladığı müvafiq Əsasnaməyə görə təltifi gerçəkləşdirən Medianın İnkişafı Agentliyi ötən həftədən etibarən medalların təqdimatını həyata keçirir. Təltif olunanlar arasında BAYRAQDAR MEDİA ailəsinin iki üzvü – qurucu-baş redaktor, Əməkdar jurnalist Azər Həsrət və baş redaktorun müavini, Əməkdar jurnalist Nadir Azəri də var.

Bu təltifə görə Prezident İlham Əliyevə təşəkkür edən Azər Həsrət deyib: “Prezident İlham Əliyevin 20 fevral 2025-ci il tarixində imzaladığı müvafiq Fərmanla təsis edilmiş “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilənlər arasında olmaq olduqca qürurvericidir. Buna görə də başda cənab Prezident İlham Əliyev olmaqla şəxsimi bu yüksək təltifə layiq görən hər kəsə təşəkkür edirəm. 30 illik jurnalist fəaliyyətimdə 3 dəfə şəxsən Prezident İlham Əliyevin özü və 4-cü dəfə də onun adından təltif edilməyi özüm üçün böyük etimad, dəyər və diqqət sayıram. Demək ki, dövlətimiz və xalqımız qarşısında az da olsa etdiyimiz xidmətləri uca dövlətimiz, onun rəhbəri görür, izləyir və dəyərləndirir”.

Nadir Azərinin medalları
Nadir Azərinin medalları

Nadir Azəri də öz növbəsində verilən yüksək dəyərə görə cənab Prezidentə, həmçinin Prezidentin imzaladığı müvafiq Əsasnaməyə görə təltifi həyata keçirən Medianın İnkişafı Agentliyinə və hər zaman yanımızda olan dostlara minnətdarlıq edib: “Bu, son 12 ildə ikinci önəmli dövlət təltifimdir. Bəli, tam 12 il öncə cənab Prezident İlham Əliyevin müvafiq Sərəncamı əsasında Əməkdar jurnalist fəxri adına layiq görülmüşdüm və budur, 12 il sonra “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalı ilə təltif olundum. Təbii ki, hər bir təltif müstəqil dövlətimiz tərəfindən, cənab Prezident tərəfindən verilən yüksək dəyərdir. Bu dəyərə görə bir daha cənab Prezidentə minnətdarlıq edirəm. Hər bir təltif eyni zamanda yeni məsuliyyət deməkdir və biz də bu məsuliyyəti dərk edərək bundan sonra da üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışacağıq”.

Mission News Theme by Compete Themes.