Press "Enter" to skip to content

Yüz altmış mindən çox müraciət daxil olub

BAYRAQAR MEDİA – 2025-ci təqvim ili ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə 161 min 422 müraciət daxil olub.

Bu barədə BAYRAQDAR MEDİA-ya İdarənin Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ həll olunub, digərləri isə araşdırmaya yönləndirilib: “Statistikaya əsasən, BŞTİ-nin 146-1 nömrəli Çağrı Mərkəzinə 94 min 323 zəng daxil olub.
BŞTİ-nin rəhbərliyi və struktur bölmə rəhbərləri tərəfindən 3 min 578 vətəndaşın müraciəti dinlənilib, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görülüb. Həmçinin Vətəndaşların Qəbulu Mərkəzinə 30 min 50 müraciət daxil olub”.

Qeyd edilib ki, 33 min 471 sənəd (vətəndaşlar tərəfindən 9 min 126 ərizə, 5 min 483 elektron müraciət, Elm və Təhsil Nazirliyindən 4 min 878, digər qurumlardan 2 min 847, tabelikdə olan təhsil müəssisələrindən 6 min 365 məktub və 4 min 772 kadr ərizəsi) daxil olub.

Mission News Theme by Compete Themes.