Press "Enter" to skip to content

Aviasiya təhlükəsizliyi ilə bağlı təlim

Təlimdən xatirə fotosu

BAYRAQDAR MEDİA – Akdeniz Karpaz Universiteti tərəfindən Ercan Hava Limanında fəaliyyət göstərən Seval Özyalçın İşlətməsinin əməkdaşları üçün təşkil edilən “Aviasiya Təhlükəsizlik şüuru təlimi”ni uğurla başa vuran işçilər hava limanına giriş kartı almaq hüququ qazanıblar.

Universitetin yaydığı məlumata görə, Ercan Hava Limanında çalışan sözügedən şirkət əməkdaşları üçün Aviasiya Fakültəsinin nəzdində fəaliyyət göstərən akademik heyət tərəfindən genişmiqyaslı təlim proqramı həyata keçirilib: “Təlimin əsas məqsədi hava limanında çalışan personalın təhlükəsizlik üzrə məlumatlılıq səviyyəsinin artırılması olub. Təlim prosesi çərçivəsində aviasiya təhlükəsizliyi, risklərin dərk edilməsi və əməkdaşların vəzifə sahələrinə dair məsuliyyətləri ətraflı şəkildə izah edilib. Proqramı uğurla tamamlayan əməkdaşların hava limanına giriş kartı almağa haqq qazandığı bildirilib”.

Mission News Theme by Compete Themes.