BAYRAQDAR MEDİA – “AzerGold” 2023-cü ildən etibarən məhsulların hazırlanmasında müasir və alternativ istehsal həlli olan “Smartminting” texnologiyasının tətbiqinə başlayıb.
Bunu “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov çıxışında “Nadir İncilər – İpəklə gümüşün harmoniyası” tədbirindəki çıxışında qeyd edib.
Z.İbrahimov bildirib ki, numizmatika sahəsində inqilabi yenilik sayılan bu texnologiya vasitəsi ilə üçölçülü formatda mürəkkəb dizaynlı sikkələrin istehsalı həyata keçirilir.
Onun sözlərinə görə, bu innovativ üsul Asiya qitəsində ilk dəfə məhz Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş “100 il və onun fövqündə bir irs” adlı qızıl sikkənin “AzerGold” tərəfindən istehsalında tətbiq edilib.



