BAYRAQDAR MEDİA – Qardaş Türkiyənin Denizli şəhəri üçün Turizm Yol Xəritəsi hazırlanıb. Pamukkale Universitetinin Turizm Fakültəsinin dekanı professor Serkan Bertan tərəfindən hazırlanan Denizli Turizm Yol Xəritəsində 2026–2030-cu illərdə atılmalı olan addımlar müəyyənləşdirilib.
Bu barədə universitetin məlumatında qeyd edilib.
Bildirilib ki, professor Denizlinin böyük turizm potensialına malik olduğunu, lakin bu imkanlardan tam istifadə edilmədiyini deyib: “O, davamlılıq prinsipi əsasında hazırlanmış layihə çərçivəsində “Bir günlük Denizli turu” üçün Hop-on Hop-off sisteminin tətbiq edilməsinin vacibliyini vurğulayıb. 2024-cü ildə 1 091 TL büdcə ilə hazırlanan Denizli Səsli Bələdçisi layihəsi çərçivəsində Karahayıt–Pamukkale–Hierapolis–Laodikya–Denizli şəhər mərkəzini əhatə edən endirimli kombinə biletlər və alış-veriş güzəştləri təklif edilib”.





