Press "Enter" to skip to content

ESAZDER-in daha bir tədbiri

Tədbir zamanı

Son yeniləmə: 28 Dekabr 2025

Bu dəfə “İki dəfə fərqlilik” mövzusu müzakirə edilib

BAYRAQDAR MEDİA – Eskişehir Azərbaycanlılar Dərnəyi üzvlərini “İki dəfə fərqlilik” adlı həftəlik maarifləndirici söhbətdə bir araya gətirib. “Çərçənbə söhbətləri” çərçivəsində reallaşan tədbirə gözləniləndən daha çox iştirakçı qatılıb.

Dərnəkdən verilən məlumata görə, tədbir Eskişehir Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydının günün məna və əhəmiyyətini vurğuladığı açılış nitqi ilə başlayıb. Sonra Anadolu Universitetinin Xüsusi Təhsil Bölməsinin müəllimi müəllimi Yunus Emre Demir əsas məruzə ilə çıxış edib. Çıxışda maarifləndirmə və empati mövzularında mühüm fikirlər səsləndirilib.

Tədbir iştirakçıların suallarınıncavablandırılamsı və Yunus Emre Demirə Dərnək sədri Cavid Aydın tərəfindən təşəkkürnamə təqdim edilməsi ilə başa çatıb.

Mission News Theme by Compete Themes.