Press "Enter" to skip to content

Fars-molla rejimi Güneydə zülmünü davam etdirir

Fars-molla rejimi Güneydə zülmünü davam etdirir

BAYRAQDAR MEDİA – Azərbaycan milli hərəkatının fəalları Abbas LisaniYusif Kari təkadamlıq kameralara köçürülmələrindən 42 gün keçməsinə baxmayaraq, hələ də Evin həbsxanasının 209-cu bölməsində (Kəşfiyyat Nazirliyinin təcridxanası) saxlanılırlar.

Xəbəri Güney Azərbaycan Demokratik Türk Birliyinin mətbuat xidməti yayımlayıb.

Xəbərdə deyilir ki, “Behzad Dəştinin yüksək məbləğdə girov qarşılığında azadlığa buraxılmasına və Əli Xeyircunun istintaq prosesinin başa çatmasından sonra Evin həbsxanasının 7-ci bölməsinə köçürülməsinə baxmayaraq, Abbas Lisani və Yusif Kari hələ də ümumi bölməyə keçirilməyiblər. Onların fiziki vəziyyəti barədə məlumatın olmaması ailələrinin narahatlığını daha da artırıb. Hesabatın hazırlandığı vaxta qədər Abbas Lisani ailəsi ilə cəmi bir neçə dəqiqəlik qısa telefon əlaqəsi saxlaya bilib və son zəngindən artıq bir həftə keçib. Yusif Kari isə indiyədək ailəsi ilə heç bir telefon əlaqəsi qura bilməyib”.

Qeyd edək ki, “Bezad Dəşti 7 milyard tümənlik yüksək girov qarşılığında 209-cu bölmədən müvəqqəti olaraq azad edilib. Əli Xeyrcu isə Evin həbsxanasının 7-ci bölməsinə köçürülüb. Bu fəallar ayrı-ayrılıqda Tehran Baş Prokuroru Əli Salehi və Evin həbsxanasının rəisinə müraciət edərək, saxlanılma zamanı aldıqları xəsarətlərin qeydə alınması üçün dərhal Məhkəmə-Tibbi Ekspertiza İdarəsinə göndərilmələrini tələb etmiş, sonra 209-cu bölməyə köçürülmüşdülər”.

Bildirilib ki, “Abbas Lisani, Əli Xeyircu, Yusif Kari və Bezad Dəşti Evin həbsxanasının qarşısında molla rejimin qüvvələri tərəfindən saxlanılıblar. Onlar qısa telefon danışıqlarında ailələrinə saxlanılma zamanı ciddi şəkildə döyüldüklərini bildiriblər. Bir neçə saat sonra həmin şəxslər Evin Prokurorluğunun 6-cı istintaq şöbəsinə (hakim Vahid Nasiri) aparılıb və onlara aşağıdakı ittihamlar irəli sürülüb:

Abbas Lisani: “qanunsuz qrup yaratmaq və rəhbərlik etmək”, “ölkə təhlükəsizliyinə qarşı toplaşma və əlbirlik”, “ictimai asayişi pozmaq”

Əli Xeyircu, Yusif Kari və Bezad Dəşti: “qanunsuz qrup üzvlüyü”, “ölkə təhlükəsizliyinə qarşı toplaşma və əlbirlik”, “ictimai asayişi pozmaq”

“İctimai asayişi pozma” ittihamı üzrə 1 milyard tümən girov qərarı, digər ittihamlar üzrə isə həbs qətimkan tədbiri seçilib. Saxlanılan şəxslər istintaq zamanı təhlükəsizlik və polis qüvvələrinin zorakılığına etiraz edərək Məhkəmə-Tibbi Ekspertizaya göndərilmələrini tələb ediblər”.

Mission News Theme by Compete Themes.