BAYRAQDAR MEDİA – Akdeniz Universiteti ilə Türk İqtisadiyyat Bankı A.Ş. (TEB) arasında Bank Xidmətləri və Promosyon Ödənişi Protokolunun imzalanma mərasimi keçirilib. İmzalanan müqavilə məbləği baxımından Türkiyədə universitetlər arasında rekord göstərici kimi qiymətləndirilib.
Bu barədə universitdən məlumat verilib.
Məlumata əsasən, Akdeniz Universitetinin Senat zalında reallaşan imzalanma mərasimində Akdeniz Universitetinin rektoru Prof. Dr. Özlenen Özkan, baş katib Dr. Ali Evren İmre, Türk İqtisadiyyat Bankının Aralıq dənizi Regionu üzrə direktoru Gonca Aydın, region satış müdiri Barış Tuna və Akdeniz Universiteti filialının müdiri Deniz Öztürel iştirak ediblər: “Tədbirdə çıxış edən Akdeniz Universitetinin rektoru Prof. Dr. Özlenen Özkan universitet əməkdaşlarının hüquq və maraqlarının ən yüksək səviyyədə qorunması məqsədilə uzun müddətdir promosyon danışıqlarının aparıldığını xatırladıb. O, bildirib ki, universitet rəhbərliyi olaraq rəqabətli mühit yaradılıb və ən sərfəli nəticənin əldə olunması üçün ciddi səylər göstərilib”.
Çıxışlardan sonra Akdeniz Universitetinin rektoru Prof. Dr. Özlenen Özkan ilə Türk İqtisadiyyat Bankının Aralıq dənizi Regionu üzrə direktoru Gonca Aydın arasında protokol imzalanıb.





