BAYRAQDAR MEDİA – Hacettepe Universitetində asılılıqla mübarizəyə yönəlmiş fəaliyyətlər davam etdirilir. Bu çərçivədə həyata keçirilən SEC 513 – Asılılığın qarşısınin alınması və asılılıqla mübarizə proqramının 2025/2026-cı tədris ilinin payız semestrinə aid dərsləri dekabrın 24-də yekunlaşıb.
Universitetin məlumatına görə, icra olunan proqramın son dərsində tələbələr apardıqları elmi araşdırmaların təqdimatlarını həyata keçiriblər: “Tələbələr alkoqol, davranış, maddə və tütün asılılıqlarının qarşısının alınmasına yönəlmiş mövzular üzrə təqdimatlarla çıxış edib, eyni zamanda hazırladıqları infoqrafik və posterləri nümayiş etdiriblər. Dərs sonda xatirə fotosunun çəkilməsi ilə başa çatıb”.





