Press "Enter" to skip to content

Bayram günlərinin kosmik hava proqnozu

Bayram günlərinin kosmik hava proqnozu

BAYRAQDAR MEDİA – Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası bayram günləri üçün kosmik hava proqnozunu açıqlayıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən kafedradan daxil olub.

Xəbərdə deyilir ki, “hazırda Günəş aktivliyi orta səviyyədədir. Günəş səthində müxtəlif bölgələrdə M sinif (R1-R2- radiosiqnalların yayılmasında əngəllər yarada bilən) alışmalar olsa da, bunun Yerə təsiri olmayacaq. Mövcud koronoqraf görüntülərində Yerə yönəlmiş tac kütlə atılması müşahidə edilməyib. Digər sinif alışmaların olma ehtimalı çox azdır”.

Geomaqnit qasırğanın gücünü göstərən Kp əmsalı dekabrın 31-i, yanvarın 1-7-də aşağı səviyyədə – 1-4 intervalında olacaq. Bu da geomaqnit sahənin fon səviyyəsində olacağını göstərir.

Mission News Theme by Compete Themes.