BAYRAQDAR MEDİA – Bileçik Şeyx Edebali Universiteti akademik əməkdaşlıqları qlobal miqyasda gücləndirməyə davam edir. Bu çərçivədə Portuqaliyanın nüfuzlu ali təhsil müəssisələrindən olan Universidade Católica Portuguesa ilə sağlamlıq elmləri sahəsində mühüm ikitərəfli saziş imzalanıb.
Bu barədə univeristetin məlumatında qeyd edilib.
Məlumata görə, müvafiq razılaşma Universidade Católica Portuguesa-nın Sağlamlıq Elmləri Fakültəsinin Tibb Bacılığı (Hemşirelik) Bölməsinin müəllimi Sultan Kayanın koordinatorluğu ilə həyata keçirilib və iki universitet arasında xüsusilə sağlamlıq və tibb bacılığı elmləri istiqamətlərində akademik qarşılıqlı əlaqələrin artırılmasını hədəfləyir. Protokol çərçivəsində birgə elmi tədqiqatların aparılması, akademik heyətin mübadiləsi, tələbə mobilliyi, eləcə də müxtəlif elmi tədbirlərdə əməkdaşlıq nəzərdə tutulur.
Bu əməkdaşlığın beynəlxalq akademik bilik mübadiləsini gücləndirəcəyi, fərqli təhsil və səhiyyə sistemləri üzrə təcrübə qazanılmasına töhfə verəcəyi və sağlamlıq elmləri sahəsində aparılan işlərin keyfiyyətini yüksəldəcəyi gözlənilir. Eyni zamanda tələbələrin beynəlxalq akademik mühitlərdə təhsil almaq və peşəkar baxış bucaqlarını inkişaf etdirmək imkanı əldə etmələri məqsəd qoyulub.





