Press "Enter" to skip to content

DİN-dən bayram günlərində qaydalara riayət etməyə çağırış – VİDEO

DİN-dən bayram günlərində qaydalara riayət etməyə çağırış

BAYRAQDAR MEDİA – 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları ilə əlaqədar Daxili İşlər Nazirliyi (DİN) tərəfindən ölkədə, o cümlədən işğaldan azad olunmuş ərazilərdə ictimai asayişin təmini məqsədilə bütün təhlükəsizlik tədbirləri həyata keçirilir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya DİN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd edilir ki, “polis əməkdaşları insanların sıx toplaşdığı məkanlarda və avtomobil yollarında təhlükəsizliyin təmin olunması üçün xidmətlərini gücləndirilmiş rejimdə davam etdirirlər. Polisin gördüyü tədbirlər və qanunvericiliyin tələbləri vətəndaşların təhlükəsizliyinin təmin olunmasına xidmət edir”.

DİN hər kəsi qaydalara riayət etməyə və ictimai asayişin qorunmasına dəstək göstərməyə çağırıb.

Mission News Theme by Compete Themes.