Press "Enter" to skip to content

MDU-nun Elmi Şurasının 2025-ci il üzrə yekun iclası

MDU-nun Elmi Şurasının 2025-ci il üzrə yekun iclası

BAYRAQDAR MEDİA – 2025-ci il 30 dekabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) 2025-ci ilin yekun Elmi Şura iclası keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MDU-nun mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “iclasda universitetin rektoru Anar Eminov, Elmi Şura üzvləri və struktur bölmə rəhbərləri iştirak ediblər. İclasın əvvəlində A.Eminov gündəlikdə duran məsələlər barədə Şura üzvlərinə ətraflı məlumat verib. Gündəlikdə MDU-nun yeni strukturunun müzakirəsi və struktur layihəsinin Elm və Təhsil Nazirliyinə təqdim edilməsi məsələsi əsas mövzulardan biri olub. Müzakirələrdən sonra struktur layihəsinin müvafiq qaydada Nazirliyə təqdim olunması barədə qərar qəbul edilib”.

Daha sonra xəbərdə, “2025/2026-cı tədris ilinin payız imtahan sessiyasına hazırlığın vəziyyəti, MDU-da təlim və tədrisin elektronlaşması istiqamətində fəaliyyətlər haqqında hesabatlar dinləlinib və şura üzvləri tərəfindən qəbul edilib. İclas cari məsələlərin müzakirəsi ilə davam edib. Cari məsələlər çərçivəsində MDU-da bakalavriat səviyyəsi üzrə təhsil alan tələbələrin istehsalat təcrübəsinin təşkili və keçirilməsi Qaydaları təsdiqlənib, Mühəndislik fakültəsi üzrə 2025/2026-cı tədris ilinin yaz semestrində fənlər üzrə tədris qruplarının yaradılması barədə qərar qəbul edilib. Eyni zamanda, universitetdə differensial əməkhaqqı təlimatı, 2026–2030-cu illər üçün elmin inkişaf strategiyası və elmi-tədqiqat işlərinin proqnozu təsdiqlənib” deyə bildirilir.

İclasın sonunda A.Eminov Elmi Şura üzvlərini, universitetin professor-müəllim heyətini, əməkdaşları, tələbə və magistrantları 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il Bayramı münasibətilə təbrik edib, uğurlar və yeni ildə fəaliyyətlərində davamlı nailiyyətlər arzulayıb.

Mission News Theme by Compete Themes.