BAYRAQDAR MEDİA– “Bursa Texniki Universiteti Danışıqları”nın 5-ci mövsümünün 51-ci buraxılışının qonağı Anadolu Universitetinin rektoru Prof. Dr. Yusuf Adıgözəl olub. Proqram çərçivəsində Prof. Dr. Adıgözəl beynəlxalq tələbələr, ictimai diplomatiya və Türkiyənin yumşaq gücü kontekstində qlobal transformasiya proseslərini dəyərləndirib.
Bu barədə Anadolu Universitetindən məlumat verilib.
Məlumata görə, “Türkiyə Yüzili” vizyonu çərçivəsində Türkiyənin Asiya, Avropa və Afrika arasında strateji körpü mövqeyinə yüksəldiyini vurğulayan Prof. Dr. Adıgözəl bildirib ki, Türkiyəni güclü edən əsas amil sərt güc deyil, təhsil, mədəniyyət, humanitar yardımlar və beynəlxalq qarşılıqlı əlaqələr vasitəsilə formalaşan yumşaq gücdür: “Türkiyənin bu gün bir çox qlobal problemin həllində açar ölkələrdən birinə çevrildiyini qeyd edən rektor Adıgözəl bu prosesin çoxşaxəli diplomatik yanaşma tələb etdiyini diqqətə çatdırıb. Beynəlxalq tələbələrin bu transformasiya mərhələsində ən vacib insan kapitalı olduğunu deyən Prof. Dr. Adıgözəl universitetlərdə qurulan akademik və sosial əlaqələrin uzunmüddətli perspektivdə ölkələrarası əməkdaşlıqları, ticarət münasibətlərini və qarşılıqlı etimadı gücləndirdiyini bildirib. O, ali təhsil müəssisələrinin təkcə bilik istehsal edən mərkəzlər deyil, eyni zamanda ölkələr arasında davamlı münasibətlər quran strateji aktorlar olduğunu vurğulayıb”.





