BAYRAQDAR MEDİA – 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü qeyd edirik. Yeni – 2026-cı ilin ərəfəsində – lap elə astanasındayıq. Dönüb geriyə baxanda görürük ki, 2025 olduqca zəngin, dopdolu bir ildir Azərbaycanın və dünya Azərbaycanlılarının həyatında.
2025-i də öncəki illər kimi alın açıqlığı, baş ucalığı ilə qarşıladıq, yola salırıq. Qalib millətik, dünyaya səs salan, özünəməxsus yeri və çəkisi olan bir dövlətin sahibiyik!
Biz artıq 2020-ci ilin bütün dünya xalqları üçün örnək olmuş 44 günlük müqəddəs Vətən Savaşından sonra yeni bir millət – qürurlu xalqıq!
Bizim üçün tarix, 2020-ci ilin 27 sentyabrı və ondan sonrakı Zəfər dolu 44 günün sonundakı böyük Qələbə – 8 Noyabr ilə yeni mərhələyə adlamış olub!
8 Noyabr 2020-ci ilin Zəfər Günündən sonra küllərindən doğulmuş, qalib çıxmış və dünyaya öz gücünü qətiyyətli liderin dəmir yumruğu ilə sübut etmiş bir millət olduq biz!
Həmrəy idik onda. Ona qədər də addım-addım o böyük həmrəyliyə gəlirdik. Arxada buraxdığımız hər il milləti bir-birinə daha sıx bağlayır, xalq-dövlət arasında uçurum yaratmaq istəyənləri meydandan sürətlə sıxışdırırdı!
Biz həmrəy olmağı bacardığımız üçün qalib millətik! Qələbə bizim haqqımızdır! Həm də halal!
Biz o qələbəni, ondan sonrakı qələbə və uğurları həmrəy olmağı bacarmış millətimizin ən dəyərli oğullarının qanı və canı bahasına qazanmışıq!
Ona görə də səsimiz daha ucadan eşidilir, alnımız daha açıq, üzümüz daha ağdır!
Bizə bu həmrəyliyi bəxş edib ardınca o möhtəşəm qələbəni gətirən hər kəsə təşəkkürlər!
Bizi irəlidə daha böyük işlər – müqəddəs dava gözləyir!
Bu Həmrəylik Günümüzdə dilək tuturam: qoy 2026 və ondan sonrakı illər bizim daha bir ülvi arzumuz – həyat amalımızı gerçəkləşdirsin: qoy Güney Azərbaycan azad olsun, Azərbaycan bütövləşsin, birləşsin, birləşib bir can olsun!
Qoy ən yaxın illərdə qanlı Rusiyanın, hiyləgər Çinin, xain fars-molla İranının işğalı və zülmü atındakı bütün türklər azad olsun!
Qoy önümüzdəki yaxın illərdə yalnız Azərbaycanlılar deyil, bütün dünya türkləri bizim bu həmrəylik örnəyimizi dünya türklərinin həmrəyliyinə çevirsin, can qardaşlarımızı zülmdən xilas edək!
Arzu edirəm ki, ən yaxın illərdə Türk Dövlətləri Təşkilatının üzvlərinin sayı indiki 8-dən 18-ə yüksəlsin!
Bütün bunlar mümkündür və olacaq!
Çünki!
Çünki Azərbaycana başçılıq edən örnək lider İlham Əliyev, onunla həmrəy olmağı bacaran digər türk böyüklərimiz var!
İlham Əliyev 200 il ərzində ilk dəfə Azərbaycan torpaqlarını işğaldan azad etməyi bacarmış Müzəffər Ali Baş Komandan – lider örnəyidir! Digər türk böyüklərimizin də onun kimi olmasına heç bir maneə yoxdur!
Bayramınız mübarək, dəyərli oxucular, əziz insanlar!





