BAYRAQDAR MEDİA – Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət istiqamətləri üzrə sosial şəbəkələr vasitəsilə 2025-ci ilin yanvar-dekabr ayları ərzində 20 140 vətəndaş müraciəti cavablandırılıb.
Bu barədə DSMF-dən verilən məlumatda qeyd edilib.
Məlumata görə, müraciətlərin 7 min 47-si ünvanlı dövlət sosial yardımı, 4 min 124-ü pensiya təyinatı, 5 min 375-i sosial müavinət və təqaüd, 299-u sosial sığorta və fərdi uçot, 3 295-i isə digər istiqamətlər üzrə olub.





