BAYRAQDAR MEDİA – “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin loqotipi başlıca olaraq ADY-nin yük və sərnişin daşımaları, dəmir yolu infrastrukturunun saxlanılması və istismarı üzrə fəaliyyətini simvolizə edir.
Bu barədə ADY-dən bildirilib.
Məlumatda deyilir ki, ADY-nin loqotipini və onun istifadəsinə dair qaydaları aşağıdan yükləmək mümkündür: “Bu qaydalarda qeyd olunan tələblər və təsvirlərdən sui-istifadə etmək qadağandır. Loqonun orijinal versiyası və şirkət elementlərinin proporsiya, dizayn və maketlərinin dəyişdirilməsi yolverilməzdir.





