Press "Enter" to skip to content

Ağacları kəsən şəxs cərimə edilib

Ağacları kəsən şəxs cərimə edilib

BAYRAQDAR MEDİA – Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi 541 ünvanında yeni tikilmiş yaşayış binasının qarşısında ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən araşdırılıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “İdarənin rəisi Asif Məcidov bildirib ki, araşdırma zamanı ağacların yaşayış binasının qarşısında tikinti və abadlaşdırma işləri aparılan zaman tikintiyə cavabdeh şəxs Vüsal Fərzəliyev tərəfindən kəsildiyi müəyyən edilib. Faktla bağlı V.Fərzəliyev barəsində akt, protokol tərtib edilib və ona vəzifəli şəxs qismində 13 min 250 manat məbləğində cərimə və ziyan tətbiq olunub”.

Mission News Theme by Compete Themes.