BAYRAQDAR MEDİA – Bayram tətili günlərində (31.12.2025-05.01.2026-ci il tarixinə qədər) Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 13 müraciət daxil olub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya KTM-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “müraciət edənlərdən 4-ü dərman, 1-i siçan dərmanı (rodensit), 1-i dəm qazı, 1-i yandırıcı məhlul, 6-sı isə sirkə turşusundan zəhərlənən şəxslərdir. Zəhərlənən şəxslərə zəruri tibbi xidmətlər göstərilib, ambulator müalicə üçün evə buraxılıblar”.
Ölüm faktı qeydə alınmayıb.





