Press "Enter" to skip to content

BDU-da qış imtahan sessiyasında 22 minə yaxın tələbə

BDU-da qış imtahan sessiyasında 22 minə yaxın tələbə

BAYRAQDAR MEDİA – Bakı Dövlət Universitetində (BDU) 2025/2026-cı tədris ilinin payız semestrinin qış imtahan sessiyası keçirilir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya BDU-nun mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “imtahanlar iki növbədə (bakalavriat səviyyəsi üzrə yazılı imtahanlar saat 10:00-13:00-dək, şifahi və magistratura səviyyəsi üzrə imtahanlar saat 14:00-17:00-dək) təşkil olunub. Sessiya ərzində bakalavriat səviyyəsində 923 qrup üzrə 21 mindən çox, magistratura səviyyəsində isə 455 ixtisaslaşma üzrə 2 min 334 tələbə imtahan verəcək”.

Daha sonra xəbərdə, “sessiya zamanı üzrlü və üzrsüz səbəblərdən imtahanda iştirak etməyən təhsilalanlara həmin fənlərdən imtahan vermək üçün 2026-cı ilin fevral ayının 2-dən 6-dək şərait yaradılacaq. Sessiyanın gedişinə operativ nəzarət, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə İmtahan Qərargahı və Apelyasiya Komissiyası yaradılıb. Komissiya sessiya müddətində imtahanların gedişi ilə əlaqədar ərizə, təklif və Elm və Təhsil Nazirliyinin “Qaynar xətt”i vasitəsilə daxil olmuş şikayətlərin araşdırılmasını təmin edəcək” deyə qeyd olunur.

Sessiya fevralın 2-dək davam edəcək.

Mission News Theme by Compete Themes.