Press "Enter" to skip to content

BƏƏ XİN-dən Yəmənlə bağlı çağırış

BAYRAQDAR MEDİA – “Birləşmiş Ərəb Əmirlikləri Yəməndə baş verən son hadisələri yaxından izləyir və davam edən gərginliyin artması ilə bağlı dərin narahatlığını ifadə edir”.

Bu fikirlər BƏƏ-nin Xarixi İşlər Nazirliyinin açıqlamasında öz əksini tapıb.

BƏƏ-nin Azərbaycandakı səfirliyindən BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, XİN-in açıqlamasında daha sonra deyilir: “BƏƏ qardaş Yəmən xalqını müdrikliyə üstünlük verməyə, təmkin nümayiş etdirməyə, ölkədə təhlükəsizliyin və sabitliyin təmin olunması üçün səylər göstərməyə çağırır. Yəmənin və bütövlükdə regionun təhlükəsizliyi, sabitliyi və rifahına sarsılmaz sadiqliyini rəhbər tutan BƏƏ gərginliyin azaldılmasının, qarşıdurma əvəzinə dialoqa üstünlük verilməsinin, qardaş yəmənlilər arasında mövcud fikir ayrılıqlarının qarşılıqlı anlayış və davamlı siyasi həllər əsasında konsensus yolu ilə aradan qaldırılmasının vacibliyini vurğulayır. Bu proses ölkənin və xalqın maraqlarını ön planda tutan, sabitlik və rifahı əsas prioritetlər kimi qəbul edən rasional və məsuliyyətli yanaşma çərçivəsində həyata keçirilməlidir”.
“BƏƏ, həmçinin qeyd edir ki, gərginliyin azaldılması və konstruktiv dialoq mövcud çağırışların aradan qaldırılmasının ən səmərəli yolu olmaqla yanaşı, Yəməndə və regionda uzunmüddətli sabitliyə töhfə verir və xalqların təhlükəsizlik və rifah arzularının reallaşmasına xidmət edir” deyə açıqlamada daha sonra qeyd edilir.

Mission News Theme by Compete Themes.