BAYRAQDAR MEDİA – Iğdırda qış aylarının başlaması ilə birlikdə süfrələrin vazkeçilməz təamlarından biri olan omaç aşı həm doyumlu olması, həm də şəfalı hesab edilməsi ilə böyük maraq görür. Soyuq havalarda bədənin müqavimətini artırdığına inanılan bu ənənəvi yemək vətəndaşlar tərəfindən şəfa niyyəti ilə istehlak olunur.
Bu barədə igdirhaber.net saytı məlumat yayıb.
Məlumatda deyilir ki, Doğu Anadolu bölgəsində əsrlərdir hazırlanan və qeydiyyata alınmış yerli yeməklər sırasında yer alan omaç aşı xüsusilə Iğdır, Ağrı və Qars bölgələrində qış süfrələrini bəzəməyə davam edir: “Nəsildən-nəslə ötürülən bu ləzzət bölgənin mətbəx mədəniyyətində mühüm yer tutur. Bölgədə yetişən maş lobya¬sı, əvəlik otu, əriştə, bulqur və qurudulmuş alçadan hazırlanan omaç aşı yüksək qida dəyəri ilə seçilir. Həm dadlı, həm də qidalı olması səbəbilə qış mövsümündə tez-tez istehlak edilən yeməklər arasındadır. Vətəndaşlar omaç aşının xüsusilə soyuqdəyməyə qarşı faydalı olduğunu bildirərək, bu ənənəni yaşatmağa davam edəcəklərini vurğulayıblar”.





