Press "Enter" to skip to content

Iğdırlı gənclər Sarıkamışa Azərbaycan bayrağı da aparıb

Sarıkamışda Azərbaycan bayrağı

BAYRAQDAR MEDİA – Iğdırda gənclər Sarıkamış Hərəkatının 111-ci ildönümü münasibətilə şəhidlərin xatirəsini anmaq üçün yürüş təşkil ediblər.

Bu barədə igdirhaber.net saytı məlumat yayıb.

Məlumatda deyilir ki, Gənclər və İdman Nazirliyi Sarıkamış Hərəkatının 111-ci ildönümü münasibətilə “Bu torpaqda izin var” şüarı altında “Sarıkamış Şəhidlərini Anma Tədbirləri” təşkil edib: “Sarıkamış şəhidlərinin xatirəsinə həsr olunan tədbirlər çərçivəsində Iğdır Gənclik və İdman İl Müdirliyinin koordinasiyası ilə minlərlə gənc yürüşə qatılıb.Səhər saat 05:00-da Zübeydə Xanım bulvarından hazırlanan avtobuslar Sarıqamış istiqamətində yola düşüb. Anım tədbirlərində Gənclər və İdman naziri doktor Osman Aşkın Bak da iştirak edib. Yürüş Ay-Ulduz Təntənə Meydanında başa çatıb”.

Qeyd edək ki, yürüşə qatılan gənclər Azərbaycan bayrağını da Sarıkamışa aparıblar.

Mission News Theme by Compete Themes.