BAYRAQDAR MEDİA – Türkiyə ilə Azərbaycan arasında təbii qaz üzrə 33 milyard kubmetrlik yeni müqavilə imzalanıb.
Bunu Türkiyənin enerji və təbii ehtiyatlar naziri Alparslan Bayraktar deyib. O bildirib ki, anlaşma çərçivəsində Xəzər dənizindəki Abşeron yatağından hər il 2,25 milyard kubmetr olmaqla, 15 il ərzində qaz tədarük ediləcək.
Nazirin sözlərinə görə, müqavilə 2029-cu ildə başlayacaq və 2040-cı illərə qədər davam edəcək: “Mövcud infrastrukturumuzdan istifadə edərək bu qazı Bakı-Tbilisi-Ərzurum kəməri vasitəsilə ölkəmizə gətirəcəyik”.









