Press "Enter" to skip to content

Mənfi 22 dərəcədə balıq tutmaq həvəsi

Donmuş tilovlar

BAYRAQDAR MEDİA – Eskişehirli Çağlar Memişin Bilecik vilayətinin Söğüt rayonunda mənfi 22 dərəcə şaxtada balıq tutmaq üçün suya atdığı tilov buz bağlayıb.

Bu barədə sakaryagazetesi.com.tr saytı məlumat yayıb.

Məlumata görə, Eskişehirdən yola çıxan macəra həvəskarı Çağlar Memiş və dostları düşərgə qurmaq üçün Söğüt rayonuna gediblər: “Təbiətsevərlər Zemzemiye gölü kənarında düşərgə qurarkən, sərt şaxtaya baxmayaraq balıq tutmaqdan da imtina etməyiblər. Havanın temperaturunun mənfi 22 dərəcəyə qədər düşdüyü ərazidə göl səthində təxminən 7 santimetr qalınlığında buz təbəqəsi əmələ gəlib. Həddindən artıq soyuq hava şəraitində gölə atılan tilovlar qısa müddətdə buz bağlayıb”.

Həmin görüntülər sosial mediada da maraq doğurub və sərt şaxtanın təbiətə təsiri bir daha göz önünə sərilib.

Mission News Theme by Compete Themes.