Press "Enter" to skip to content

Rektor tələbələrlə görüşüb

Prof. Dr. Yusuf Adıgüzel

BAYRAQDAR MEDİA – Anadolu Universitetinin rektoru Prof. Dr. Yusuf Adıgözəl Açıqöyrətim Fakültəsi nəzdində həyata keçirilən Türk Dili və Mədəniyyəti Proqramının onlayn formatda təşkil olunan ilk dərsi çərçivəsində tələbələrlə bir araya gəlib.

Bu barədə universitetdən məlumat verilib.

Məlumata görə, dərsdə proqramın məqsədi və əhatə dairəsi barədə dəyərləndirmələr aparan rektor türk dili və mədəniyyətinin akademik və ictimai əhəmiyyətinə diqqət çəkərək tələbələrə uğurlar arzulayıb.

Proqram haqqında məlumat verən Prof. Dr. Yusuf Adıgözəl çıxışında bildirib: “Əvvəlcə dünyanın dörd bir tərəfindən bizi izləyən və dinləyən, türk dilini öyrənməyə könül verən bütün yeni dostlarımıza “xoş gəlmisiniz” deyir və “Salam” deyərək sizi salamlayıram. Bu gün türk dili dərsini ilk dəfə sizinlə birlikdə başlayırıq. Bu proqram Açıqöyrətim Fakültəsi nəzdində icra olunan bir önlisans proqramıdır. Türk dili və mədəniyyətinin tədrisini hədəfləyən proqram çərçivəsində ilk mərhələdə birillik türk dili təhsili veriləcək”.

Prof.Dr. Yusuf Adıgözəlin iştirakı ilə keçirilən ilk dərs beynəlxalq tələbələrin sual-cavab bölməsində fəal iştirakı ilə davam edib və yekunlaşıb.

Mission News Theme by Compete Themes.