Press "Enter" to skip to content

Tədris mərkəzində oğurluq

BAYRAQDAR MEDİA – Nəsimi rayonunda talama cinayəti baş verib. Rayon ərazisindəki tədris mərkəzlərinin birindən 4 min manatlıq nağd pul və elektron avadanlıqlar oğurlanıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “Nəsimi RPİ 21-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 34 yaşlı Ə.Əliyev müəyyən olunaraq saxlanılıb. Nizami rayonunda yerləşən avtoservislərin birindən isə 500 manat və 1 min manat dəyərində noutbuk oğurlayan əvvəllər də məhkum olunmuş 43 yaşlı A.Tağıyev də polis əməkdaşları tərəfindən saxlanılıb”.

Hər iki faktla bağlı araşdırma aparılır.

Mission News Theme by Compete Themes.