Press "Enter" to skip to content

Zığ şosesində yeni svetoforlar quraşdırılıb

Zığ şosesində yeni svetoforlar quraşdırılıb

BAYRAQDAR MEDİA – Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) tərəfindən paytaxtın bir sıra ərazilərində yeni nəqliyyat və piyada svetoforları quraşdırılıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya NİİM-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd olunur ki, “yeni svetoforlar Xətai rayonu, Zığ şosesi ilə İnqilab İsmayılov küçəsinin kəsişməsində, Xətai rayonu, “NSZ” qəsəbəsi, Rəşid Bağırov küçəsi ilə Oktay Vəliyev küçəsinin kəsişməsində, Nərimanov rayonu, Azad Hümbətov küçəsi ilə Zaur Nudirəliyev küçəsinin kəsişməsində istifadəyə verilib”.

Görülən işlər nəticəsində yol hərəkəti iştirakçılarının təhlükəsizliyi təmin edilib.

Mission News Theme by Compete Themes.