Press "Enter" to skip to content

AQTA-nın sədr müavinlərinin qəbulu

AQTA-nın sədr müavinlərinin qəbulu

BAYRAQDAR MEDİA – Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavinləri hər həftənin bazar ertəsi, çərşənbə axşamı və çərşənbə günləri Agentliyin inzibati binasında sahibkarları qəbul edəcəklər.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya AQTA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd edilir ki, “qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar, o cümlədən qida məhsullarının istehsalı, emalı, daşınması, satışı və sair sahələrdə çalışan şəxslər heyvan və bitki sağlamlığı, qida zəncirinə nəzarət, qeydiyyat, idxal-ixrac məsələləri ilə bağlı qəbula yazıla bilərlər”.

Bildirək ki, görüşdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərərək info@afsa.gov.az elektron poçtuna müraciət edə və ya +994 77 100 32 56 nömrəsinə zəng edə, həmçinin vatsap üzərindən əlaqə saxlaya bilərlər.

1. Zəkiyyə Mustafayeva, bazar ertəsi 16:00-18:00,
2. Balarəhim Quliyev, çərşənbə 16:00-18:00,
3. Əziz Şərifov, çərşənbə axşamı 16:00-18:00.

Mission News Theme by Compete Themes.