Press "Enter" to skip to content

Erhan Arıklı sədrlikdən gedəcək

Erhan Arıklı

BAYRAQDAR MEDİA – KKTC-də hökumət ortaqlarından olan Yenidən Doğuş Partiyasının (YDP) sədri, eyni zamanda İctimai İşlər və Nəqliyyat naziri Erhan Arıklı partiya nizamnaməsinin tələblərinə əsasən qarşıdakı qurultayda yenidən sədrliyə namizəd olmayacağını bildirib.

Bu barədə kıbrıspostası.com saytə məluat yayıb.

Məlumata görə, o qeyd edib ki, Partiya Məclisinin qərarı ilə qurultay 2027-ci ilin mart ayına qədər təxirə salına bilər.

E.Arıklı Kıbrıs TV-yə müsahibəsində 2026-cı ilin seçki ili olacağını vurğulayaraq, KKTC-də növbədənkənar seçkilər üçün ən uyğun vaxtın may ayının əvvəli olduğunu deyib.

Partiya nizamnaməsinə əsasən qurultayın iki ildən bir keçirilməli olduğunu xatırladan E.Arıklı bildirib: “Əgər qurultay keçirilərsə, nizamnamə tələbinə uyğun olaraq yenidən namizəd olmayacağam. Son qurultayımızı 2024-cü ildə keçirmişik. Partiya Məclisinin qərarı ilə bu müddət üç ilə qədər uzadıla bilər. Böyük ehtimalla qurultay bir il təxirə salınacaq”.

Daha əvvəl siyasəti 65 yaşında tərk edəcəyini açıqladığını da xatırladan Arıklı, bu dövrə getdikcə yaxınlaşdıqlarını qeyd edib.

Mission News Theme by Compete Themes.