BAYRAQDAR MEDİA – Kafkas Universitetinin Kazım Karabekir Texniki Elmlər Peşə Məktəbinin Memarlıq və Şəhərsalma Bölməsinin müəllimi dosent Dr. Muhammet Hanifi Zenginin koordinatorluğu ilə həyata keçirilən Qardan heykəllər layihəsi uğurla başa çatdırılıb. Layihə Sarıkamış Hərakatının 111-ci ildönümü münasibətilə təşkil olunan anım proqramı çərçivəsində, Vətən uğrunda donaraq şəhid olmuş əsgərlərin əziz xatirəsini yaşatmaq məqsədilə reallaşıb.
Bu barədə universitetdən məlumat verilib.
Məlumata görə, layihənin icrasında Atatürk Universitetinin Gözəl Sənətlər Fakültəsinin Heykəltəraşlıq Bölməsinin müəllim heyəti və fakültə əməkdaşları fəal iştirak ediblər: “Sarıkamışın sərt iqlim şəraitində, qışın simvolik materialı olan qardan istifadə olunmaqla hazırlanan heykəllər, fədakarlıq, müqavimət, yaddaş və kollektiv şüur anlayışlarını bədii dil vasitəsilə görünən etməyi hədəfləyib. Qardan heykəllər həm müvəqqəti xarakteri, həm də təbiətlə qurduğu birbaşa əlaqə sayəsində Sarıkamış Hərakatının dramatik şəraitini güclü şəkildə təcəssüm etdirir”.





