Press "Enter" to skip to content

Universitet müəlliminin uğuru

Mükafatlandırma zamanı

BAYRAQDAR MEDİA – Çanakkale Onsekiz Mart Universitetinin Mühəndislik Fakültəsinin müəllimi dosent Dr. Adem Polat, hazırladığı “MamoScope” adlı innovativ tibbi cihazla İstanbulun Başakşehir Bələdiyyəsi tərəfindən təşkil edilən 12-ci İnnovasiya Müsabiqəsində akademik kateqoriyada birinci yerə layiq görülüb.

Bu barədə universitetin məlumatında qeyd edilib.

Məlumata görə, Başakşehir Living Lab (BLL) tərəfindən keçirilən İnnovasiya Müsabiqəsi–12 mükafatlandırma mərasimində Dos. Dr. Adem Polat böyük uğura imza atıb: “Polat tərəfindən hazırlanmış “MamoScope: Dərin Texnologiya Əsaslı 3D Şiş Görüntüləmə Cihazı” münsiflər heyətinin qiymətləndirməsi nəticəsində öz kateqoriyasında birinci seçilib. Avropa Birliyi ilə əməkdaşlıq edən və European Network of Living Labs (ENoLL) üzvü olan Başakşehir Living Lab tərəfindən təşkil edilən tədbirdə dosent Dr. Adem Polata birincilik mükafatı İstanbul Valisi cənab Davut Gül tərəfindən təqdim olunub”.

Mission News Theme by Compete Themes.