Press "Enter" to skip to content

“Vecon Consulting” 2025-ci ilə uğurla yekun vurub

BAYRAQDAR MEDİA – “Vecon Consulting” şirkəti qiymətləndirmə sektorunun lider şirkəti olaraq ənənəsini davam etdirərək fəaliyyəti barədə 2025-ci ilin nəticələrini əks etdirən illik hesabatını açıqlayıb. Bu hesabat şirkət tərəfindən artıq 4-cü ildir ki, davamlı şəkildə ictimaiyyətə təqdim olunur və maliyyə hesabatlılığı ilə şəffaf fəaliyyətin nümunəsi kimi şirkətin obyektivlik ənənəsini formalaşdırır.

Bu barədə BAYRAQDAR MEDİA-ya şirkətdən məlumat verilib.

Məlumata görə, şirkətin təsisçisi Vüqar Oruc Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri kimi 2022-ci ilin may ayında keçirilən 7-ci hesabat-seçki konfransında ilk dəfə sədr seçilərkən elan etdiyi hədəflərə -“Qiymətləndirmə fəaliyyəti haqqında” yeni Qanunun qəbulu, Azərbaycan qiymətləndiricilərinin inzibati tənzimləmə qurumu olan Qiymətləndiricilər Palatasının yaradılması, Türk dövlətləri qiymətləndiricilərinin birliyinin təsis edilməsi istiqamətində 2023 və 2024-cü illərdə əldə olunan uğurları 2025-ci ildə də davam etdirib: “Eyni zamanda, “Vecon Consulting” şirkətinin böyüməsinə və sektorun lider şirkəti mövqeyini möhkəmləndirməsinə komandası ilə birlikdə nail olub. V.Oruc sektora göstərdiyi xidmətlərə və qiymətləndirmə fəaliyyətinə verdiyi töhfələrə görə 2025-ci ildə ikinci dəfə AQC-nin İdarə Heyətinin sədri seçilib. “Vecon Consulting” şirkətində 2025-ci ildə iş portfeli 2024-cü illə müqayisədə 40,8 faiz artıb. Belə ki, qiymətləndirilən mənzillərin sayı 806-dan 770-ə, fərdi yaşayış evlərinin sayı 389-dan 329-a düşüb. Torpaq sahələrinin sayı 226-dan 1200-ə yüksəlib. Texnika və digər daşınar əmlak üzrə qiymətləndirmələr147-dən 156-ya, biznes və müəssisələrin sayı 15-dən 17-yə, hava və su nəqliyyat vasitələrinin sayı isə 7-dən 9-a çatıb. Qiymətləndirilən mal qalıqları və əsas vəsaitlərin sayında 24 faiz artım qeydə alınıb. Qeyri-yaşayış binaları və əmlak kompleksləri üzrə göstəricilər də artıb – 262-dən 300-ə yüksəlib. Ümumilikdə qiymətləndirmə obyektlərinin sayı 1853-dən 2768-ə çatıb. Şirkətin dövriyyəsi 40,8 faiz artıb, xərclər 64,2 faiz, mənfəət isə 11 faiz yüksəlib”.

Mission News Theme by Compete Themes.