Press "Enter" to skip to content

Yanvarın 15-də test imtahanları keçiriləcək

İmtahanlarında iştirak edəcək namizədlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər

BAYRAQDAR MEDİA – İnzibati dövlət qulluğu vəzifələrinin A (AB, AC) və B (BA, BB) növü üzrə 15 yanvar 2026-cı il tarixində keçiriləcək test imtahanlarında iştirak edəcək namizədlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Məlumatda deyilir ki, buraxılış vərəqəsini çap etmək üçün bu linkə daxil olmaq lazımdır: “Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq”.

Mission News Theme by Compete Themes.