BAYRAQDAR MEDİA – 2025-ci ilin yanvar-dekabr ayları ərzində DSMF-nin fəaliyyət istiqamətləri üzrə 142 577 elektron arayış alınıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya DSMF-dən məlumat verilib.
Məlumata görə, bu arayışların 54 min 436-sı pensiya, 41 min 253-ü müavinət və təqaüd, 31 min 562-si fərdi şəxsi hesab, 5 min 883-ü ünvanlı dövlət sosial yardımı, 5-i torpaq pay mülkiyyətçisi, 1 min 201-i ünvanlı dövlət sosial yardımı ödənişləri, 2 min 121-i sağlamlıq imkanları məhdud olan uşaqlar, 6 min 116-sı əlilliyi olan şəxslərə qulluqla bağlı olub.





