Press "Enter" to skip to content

BDYPİ: Tələskənlik yollarda təhlükəni artırır

BDYPİ: Tələskənlik yollarda təhlükəni artırır

BAYRAQDAR MEDİA – Səhər saatlarında işə, təhsil müəssisələrinə və digər gündəlik fəaliyyətlərə tələskənlik nəqliyyat axınının intensiv olduğu yollarda yol hərəkəti iştirakçılarının diqqətini yayındırır və riskli davranışlara zəmin yaradır. Belə şəraitdə verilən tələsik qərarlar sürücülər və piyadalar arasında yol hərəkəti qaydalarının pozulmasına gətirib çıxarır, bu isə qəza riskini ciddi şəkildə artırır.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) daxil olub.

Xəbərdə qeyd edilir ki, “aparılan təhlillər göstərir ki, səhər saatlarında baş verən yol-nəqliyyat hadisələri əsasən sürət həddinin aşılması, sükan arxasında diqqətin yayınması və yol şəraitinin düzgün qiymətləndirilməməsi ilə bağlı olur”.

BDYPİ sürücülərin və piyadaların diqqətinə çatdırıb ki, sürücülər sürət həddini yol və hava şəraitinə uyğun seçməli, nəqliyyat axınının intensiv olduğu vaxtlarda daha diqqətli və məsuliyyətli davranmalı, piyadalar yolu yalnız müəyyən olunmuş yerlərdən keçməli, yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etməlidirlər.

Vurğulanıb ki, yol hərəkəti qaydalarına riayət edilməsi yollarda təhlükəsizliyin təmin olunmasının əsas şərtidir.

Mission News Theme by Compete Themes.