BAYRAQAR MEDİA – Denizlidə Acıpayam Rayon Müftülüyü Acıpayam Peşə Məktəbinin (MYO) həyətində səhər tezdən etibarən tələbələr üçün şorba ikram edib.
Bu barədə Pamukkale Universitetinin məlumatında qeyd edilib.
Məlumata görə, final imtahanları dövründə tələbələrə isti dəstək olan bu tədbirdə qazanlar tələbələr üçün qaynayıb: “Akademik və inzibati heyət də tələbələrlə birlikdə şorbalarını içib.Acıpayam MYO rəhbərliyi soyuq qış günlərində tələbələrin içini isidən və imtahan həftəsində motivasiya yaradan bu təşəbbüsə görə Acıpayam Rayon Müftülüyünün əməkdaşlarına və Rayon Müftisi Hüseyn Sözenə təşəkkürünü bildirib”.





