Press "Enter" to skip to content

Müdafiə naziri Qazaxıstanın yeni hərbi attaşesi ilə

Müdafiə naziri Qazaxıstanın yeni hərbi attaşesi ilə

BAYRAQDAR MEDİA – Qazaxıstanın Azərbaycanda yeni təyin edilən hərbi attaşesi polkovnik Salauat Xayruşev yanvarın 7-də müdafiə naziri general-polkovnik Zakir Həsənova təqdim olunub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd edilir ki, “müdafiə naziri qazaxıstanlı qonağı Azərbaycanda fəaliyyətə başlaması münasibəti ilə təbrik edib. Azərbaycan-Qazaxıstan münasibətlərinin dostluq və qardaşlıq prinsiplərinə, zəngin tarixi ənənəyə söykəndiyini qeyd edən nazir hərbi attaşeyə iki ölkə arasında hərbi əməkdaşlığın genişləndirilməsi istiqamətində gələcək xidmətində uğurlar arzulayıb”.

Sonra xəbərdə, “S.Xayruşev göstərilən etimada görə təşəkkürünü bildirib və fəaliyyəti dövründə hərbi əlaqələrin daha da möhkəmləndirilməsi üçün səylərini əsirgəməyəcəyini qeyd edib. Görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın cari vəziyyəti müzakirə edilib, yeni perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb” deyə bildirilir.

Mission News Theme by Compete Themes.